Birinci Avropa Oyunlarında iştirak edəcək rusiyalı badmintonçular müəyyənləşib
Badminton üzrə Rusiya millisinin birinci Avropa Oyunları üçün heyəti açıqlanıb.

Bakı İdman Sarayında keçiriləcək yarışlarda kişilərin mübarizəsində Vladimir İvanov, Vladimir Malkov, İvan Sozonov güclərini sınayacaqlar.

Qadınların mübarizəsində isə Ekaterina Bolotova, Nina Vislova, Evgeniya Dimova, Evgeniya Koseçkaya, Natalya Perminova, Kseniya Polikapova qızıl medal uğrunda yarışacaqlar.

Qeyd edək ki, Rusiya birinci Avropa Oyunlarında 243 idmançı ilə təmsil olunacaq.

Xəbər 1766 dəfə oxundu.