“Qalatasaray” futbol komandası 20-ci çempionluğunu elan edib
İstanbulun “Qalatasaray” futbol komandası Türkiyə Superliqasının 33-cü turunda çempionluğunu elan edib.

33 turdan sonra əzəli rəqibi “Fənərbağça”dan 5 xal irəlidə olan “Qalatasaray” mayın 25-də - çempionatın başa çatmasına bir tur qalmış 2014-2015-ci il mövsümünün qalibi olub.

Çempionatın 33-cü turuna ən yaxın izləyicisi “Fənərbağça”dan 3 xal irəlidə - 73 xalla başlayan sarı-qırmızılılar “Beşiktaş” derbisində 2:0 qalib gələrək sonuncu tura böyük üstünlük təmin edib. “Qalatasaray” mayın 25-də “Fənərbağça”nın İstanbulun “Başakşehir” komandası ilə qarşılaşmada xal itirməsindən sonra 20-ci çempionluğunu rəsmiləşdirib. Bununla da İstanbul klubu son dörd ildə üçüncü çempionluğa nail olub.

Xəbər 760 dəfə oxundu.