Ülviyyə Fətəliyeva keçmiş Dünya çempionu ilə xalları yarı böldü
Çakvidə keçirilən (Gürcüstan) qadınlar arasında 16-cı şəxsi Avropa Çempionatında 6-cı turun oyunları yekunlaşıb.

6-cı turda aktivində 3 xal olan Ülviyyə Fətəliyeva keçmiş dünya çempionu,Ukrayna təmsilçisi Anna Uşenina ilə xalları yarı bölüb. Günay Məmmədzadə isə çempionatın favoritlərindən sayılan Almaniya şahmatçısı Elizabet Peytç ilə üz-üzə gəlib. Qarşılaşma Elizabet Peytçin xeyrinə başa çatıb. Xəyalə Abdulla Almaniyalı Zoya Şleyninq üzərində qələbə qazanaraq aktivinə 3.5 xal yazıb. Bu turda digər qələbə qazanan həmyerlimiz Gülnar Məmmədova olub.Gülnar Latviya şahmatçısı Salomeya Zaksaytı məğlub edib. Səbinə İbrahimova və Nərmin Məmmədova qarşılaşması isə sülhlə nəticələnib. Çempiontın 6-cı turu Zeynəb Məmmədyarova üçün xal itkisi ilə yadda qalıb. Məmmədyarova yerli şahmatçı Meri Jorjolianiyə məğlub olub. Nərmin Kazımova Rusiyalı Anna Çxadadze,Xanım Balacayeva Nata Jibuti üzərində qələbə qazanıb. Nərmin Söyünlü və Aysel Məmmədova 6-cı turda xal toplaya bilməyiblər.

6 turdan sonra Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla və GülnarMəmmədova 3.5 xal, Aydan Höccətova, Günay Məmmədzadə,Nərmin Kazımova,Nərmin Məmmədova və Səbinə İbrahimova 3 xal, Zeynəb Məmmədyarova, Nərgiz Umudova və Xanım Balacayeva 2 xal, Aysel Məmmədova və Nərmin Söyünlü isə 1.5 xal toplayıblar.Çempionatın yeganə lideri 6 oyundan aktivinə 5.5 xal yazan Gürcüstan təmsilçisi Nino Batiaşvilidir.

Xəbər 970 dəfə oxundu.