Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti cənab Fill Kreven Bakıya gəlir
İyunun 25-29-u tarixlərində I Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək paralimpiyaçı cüdoçuların yarışlarını izləmək üçün, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti cənab Fill Kreven Bakıda səfərdə olacaqdır.

Onu Beynəlxalq Paralimpiya Komitəsinin vitse prezidenti, Braziliya Milli Paralimpiya Komitəsinin prezidenti, 2016 Rio-de-Janeyro Olimpiya və Paralimpiya Oyunları Təşkilat Komitəsinin İnteqrasiya üzrə Komitə sədri cənab Endrü Parsons və Britaniya Paralimpiya assosiasiyasının fəxri vitse prezidenti I Bakı 2015 Avropa Oyunları komisiyyasının üzvü Toni Seynsburi müşayət edəcəklər.

Onlar səfər çərçivəsində Azərbaycan Milli Paralimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaqla yanaşı, bir sıra rəsmi görüşlər keçirəcəklər.

Xəbər 797 dəfə oxundu.