İspaniya La Liqasında futbol mövsümü başa çatdı
İspaniyanın birinci futbol liqasında bu gecə oynanılan matçlarla 2014-2015-ci il mövsümü tamamlanıb.

Çempionluğunu hələ ötən həftə təmin edən “Barselona” son turda liqada qalmaq uğrunda mübarizə aparan “Deportivo” ilə qarşılaşıb. Oyunun 5-ci və 59-cu dəqiqələrində Lionel Messinin vurduğu qollarla 2:0 önə keçən çempion 67-ci və 76-cı dəqiqələrdə qapısından iki top buraxıb. Beləliklə, “Deportivo” son dəqiqələrdə vurduğu qol sayəsində La Liqadakı yerini qoruya bilib.

İspaniya çempionatında ikinci yeri tutan “Real Madrid” klubu isə oynadığı son matçda “Gettafe”ni 7:3 hesabı ilə məğlub edib. Mövsümün son qarşılaşmasında Kriştianu Ronaldo rəqib qapısından 3 top keçirərək, ümumilikdə 48 qolla La Liqanin bombardiri olub. “Barselona”nın hücumçusu Lionel Messi 43 qolla bombardirlər siyahısında ikinci yeri tutub.

La Liqanın yekunlarına əsasən, UEFA Çempionlar Liqasında iştirak etmək hüququ verən sonrakı yerləri “Atletiko Madrid” və “Valensiya” klubları tutublar.

Xəbər 977 dəfə oxundu.