"İnter"in prezidenti maaşların ödəniləcəyinə söz verib
Bakının "İnter" klubunda qeyri-müəyyən durum davam edir. Klub prezidenti Georgi Nikolov yenidən komanda üzvləri ilə görüşüb. Bolqarıstanlı iş adamı futbolçularla söhbətində yaxın günlərdə maaşlarının ödəniləcəyinə söz verib.

"İnter"in mətbuat xidmətindən verilən məlumata görə, klubun bank hesabından futbolçuların üç aylıq maaşları ödəniləcək. "Sumqayıt"la oyuna qədər məsələnin həll olunacağına ümid edilir.

Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov üç aydır maaş ala bilməyən "İnter" futbolçularının Premyer Liqanın 35-ci turunda sabah "Qarabağ"a qarşı keçiriləcək oyunu boykot edəcəkləri ilə bağlı xəbərə də münasibət bildirib:
"Futbolçuların belə bir addım atacağına inanmıram. Rəhbərlik futbolçularla görüşüb və bildirilib ki, istənilən halda maliyyə öhdəlikləri yerinə yetiriləcək. Sadəcə, bir az vaxt lazımdır".

Xəbər 777 dəfə oxundu.