Yeniyetmələr arasında güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub
Mayın 21-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub.

Çempionatın sonuncu günündə sərbəst güləş üzrə 54, 58, 63, 69, 76, 85 və 100 kiloqram çəki dərəcələrində 151 pəhləvan mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Sabutay Əmişov (54 kq), Qadisa Qazıyev (58 kq), Qurban Qurbanov (63 kq), İsmayıl Abdullayev (69 kq), Emin Nəcəfzadə (76 kq), Rahid Hamidli (85 kq) və Alimaqomed Alixmoev (100 kq) qızıl medal qazanıblar.

Mükafata layiq yerlər tutan idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif olunub və yığma komandanın heyətinə cəlb ediliblər.

Xəbər 964 dəfə oxundu.