Hokkeyçi qızlarımız AÇ-na qələbə ilə başladılar
Belarus Respublikasının paytaxtı Minsk şəhərində qadın otüstü hokkeyçilər arasında Avropa Klub Çempionatının "Trofi" divizyonunda ilk tur start götürüb. Sevindiricidir ki, qızlarımız ilk görüşdə Ukraynanın "Sumçanka" komandası üzərində 2:1 hesablı qələbə qazanıblar. Matçın 27-ci dəqiqəsində Anastasiya Tsıqanskanın vurduğu yeganə qol ilk hissənin yekun hesabını müəyyənləşdirib.

İkinci yarıda Lyubov Drujinina "Atasport"un üstünlüyünü 2 topa çatdırıb. Lakin. ikinci top vurulandan 1 dəqiqə sonra-42-ci dəqiqədə Ukrayna hokkeyçiləri hesab arasındakı fərqi minimuma endirməyi bacarıblar. Qalan vaxt ərzində rəqiblərdən heç biri fərqlənə bilməyib və oyun "Atasport" klubunun 2:1 hesablə qələbəsini rəsmləşdirib. Sabah "B" qrupuna daxil olan həmyerlilərimiz ikinci tur çərçivəsində İrlandiyanın "Pembroke Vandeders" komandası ilə qarşılaçaq. Bu gün ilk oyun günü irlandiyalı hokkeyçilər Belçikanın "Royal Vellington" klubuna 0:3 hesabı ilə uduzub.

Mayın 23-də "Atasport" son qrup oyununu Belçika təmsilçilərinə qarşı keçirəcək. Bir gün sonra isə "A" və "B" qruplarında müvafiq yerləri tutanlar Pley-OFFda qarşılaşaraq yekun yerləri müəyyənləçdirəcəklər. Onu da xatırladırıq ki, "Trofi" divizyonunda ilk 2 yeri tutan iştirakçı yüksək dəstəyə vəsiqə qazanacaq.

Xəbər 2099 dəfə oxundu.