Qadın məşqçilər üçün kursun III mərhələsi
Mayın 18-dən etibarən Bakıda AFFA-nın təşkilatçılığı ilə qadın məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun 3-cü mərhələsi keçirilir.

AFFA-nın Futbol akademiyasında təşkil olunmuş məşğələlərə 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales rəhbərlik edir. Kursun bu mərhələsinə mayın 22-də yekun vurulacaq.

Xəbər 761 dəfə oxundu.