Daha yeddi çəki dərəcəsində Azərbaycan çempionatının qalibi müəyyənləşib
“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir.

Çempionatın ikinci günündə yunan-Roma güləşi üzrə 69, 76, 85 və 100 kiloqram, sərbəst güləş üzrə 42, 46 və 50 kiloqram çəki dərəcələrində 111 pəhləvan mübarizə aparıb.

Yunan-Roma güləşi yarışlarında Ülvi Qənizadə (69 kq), Rüfət Güləliyev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sərbəst güləşçilərin mübarizəsində isə Əsgər Məmmədəliyev (42 kq), Tural Bayramov (46 kq) və Rakif Eminov (50 kq) qızıl medal qazanıblar.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutan idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif olunub və yığma komandanın heyətinə cəlb edilib.

Xəbər 768 dəfə oxundu.