Yoldaşlıq oyunu keçiriləcək
Rusiya Federasiyasının Vladiqafqaz şəhərində Azərbaycan futbol tarixinin ən istedadlı futbolçularından biri, hazırda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsində çalışan Nazim Süleymanovun 50 illik yubileyi qeyd olunacaq.Yoldaşlıq oyunu keçiriləcək

Yubilyar vaxtilə Vladiqafqazı təmsil edən “Alaniya” klubunun heyətində çıxış edib və klub rəhbərliyinin təklifi ilə veteran futbolçulardan ibarət “Neftçi” və “Alaniya” komandaları arasında mayın 24-də yoldaşlıq oyunu keçiriləcək.

Nazim Süleymanovun müraciətinə əsasən, “Neftçi” veteranlarının səfəri mayın 23-dən 25-dək AFFA tərəfindən təşkil olunacaq.

Xəbər 770 dəfə oxundu.