İqor Mitreski: Qarşılaşma bərabər səviyyədə keçdi | |
"Neftçi"nin futbolçusu İqor Mitreski Almaniya "Dinamo"su ilə matç barəsində klubun rəsmi saytına danışıb. İdman.com.az-ın məlumanıta görə, müdafiəçi görüşün bərabər keçdiyini qeyd edib: "Təlim-məşq toplanışında ilk oyun həmişə çətin olur. Rəqibimiz olan "Dinamo" da güclü komandadır. Qarşılaşma bərabər səviyyədə keçdi. 1 qol oyunun taleyini həll etdi. İkinci hissədə baş məşqçimiz gənclərə şans verdi. Məncə onlar özlərini yaxşı tərəfdən göstərə bildilər. İnanıram ki, yaxın gələcəkdə bu futbolçular "Neftçi"nin əsas heyətinin üzvlərinə çevriləcəklər". |
|
Xəbər 885 dəfə oxundu. |
|
|