"Kəpəz" "Sumqayıt"ın müdafiəçisini transfer etmək istəyir
"Sumqayıt"la müqaviləsi bitən Vurğun Hüseynovun növbəti mövsümə hansı komandada başlayacağı hələlik məlum deyil. Sumqayıt klubu ona yeni müqavilə təklif etməkdə maraqlı deyil. Bu isə o deməkdir ki, tovuzlu futbolçu mövsüm başa çatan ki, bu klubu təörk edəcək. Mətbuatda onun AZAL-a keçəcəyi yazılır. Futbolçu üçün "Kəpəz" variantı da ortaya çıxıb.

Sponsor tapacağı halda Premyer Liqada oynayacaq Gəncə təmsilçisi də Vurğunu heyətində görmək istəyir. Gəncənin Hüseynovun doğulduğu Tovuza yaxın olması futbolçuya da sərf edir. Lakin bunun üçün "Kəpəz"in sponsor tapması vacibdir. Əgər gəncəllər bu məsələni qısa zamanda həll edə bilsə, o zaman Vurğun AZAL-ı yox, "Kəpəz"i seçəcək.

Xəbər 1008 dəfə oxundu.