Real De Xea üçün 20 milyon təklif etdi
Madrid Realı David De Xeanın transferi üçün qarşı tərəfə ilk təklifini göndərib.
Marca-nın məlumatına görə təklifin dəyəri 20 milyon avrodur.
Mançester Yunayted qapıçını 2011-ci ildə məhz bu qiymətə almışdı. Hazırda klub onu 50 miylondan aşağı satmaq fikrində deyil.

Lakin De Xeanın müqaviləsi gələn yay başa çatır. Qapıçı da sözləşməni uzatmaq istəmir. Bu səbəbdən də Mançester Yunayted məcburiyyət qarşısında qala bilər. Real isə 30 milyondan artıq ödəmək fikrində deyil.

Xəbər 761 dəfə oxundu.