“Bakı” və “Lokomotiv”in şansı yüksəkdir
Bu gün qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin cavab oyunları keçiriləcək. İdman.com.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən “Lokomotiv” doğma divarlarda, “Bakı” səfərdə cavab matçına çıxacaq.

Hər 2 klubumuzun 1/8 final mərhələsinə keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Düzdür, “Bakı” ilə müqayisədə “dəmiryolçular”ın şansları daha yüksəkdir. Çünki səfərdə Xorvatiyanın “ZOK Split” klubunu darmadağın edən Draqutin Baltiçin doğma divarlar arasında bu üstünlüyü əldən verəcəkləri inandırıcı görünmür. Ötən mövsüm “Çelenc Cup”ın finalına kimi irəliləyən “Lokomotiv”in səfərdə olduğu kimi Bakıda da 3:0 hesabı ilə qələbə qazanacağı gözlənilir.

Onlardan fərqli, “Bakı” ilk oyunda “quru hesabla” məğlub etdiyi “Apollon”a Kiprdə qalib gəlməlidir. Bu avrokubokda debüt edən paytaxt təmsilçisi üçün elə də çətin olmayacaq. Lakin rəqibin CEV kubokundan “gəlməsi” və Limasolda oynaması voleybolçularımızın işini bir qədər çətinə salacaq. Hətta onlar ölkəmizdəki məğlubiyyətin əvəzini çıxsalar belə, “Qızıl set”ə ümid edəcəklər.
Qeyd edək ki, “Çelenc Cup”ın son qalibi Bakının “Azərreyl” klubudur.


18:00. “Lokomotiv” (Azərbaycan) – “ZOK Split” (Xorvatiya)
Hakimlər: Benone Visan (Belçika), Aleksandr Ryabtsov (Rusiya)

İlk oyun: “ZOK Split” (Xorvatiya) – “Lokomotiv” (Azərbaycan) - 0:3 (18:25, 21:25, 15:25)

22:00. “Apollon” (Kipr) – “Bakı” (Azərbaycan)
Hakimlər: Nenad Davidoviç (Serbiya), Lyubomir Sirakov (Bolqarıstan)

İlk oyun: “Bakı” (Azərbaycan) – “Apollon” (Kipr) - 3:0 (25:20, 25:19, 25:13)

Xəbər 1121 dəfə oxundu.