PFL bir oyunun vaxtını dəyişdi
“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Gəncə şəhər stadionunda dövlət əhəmiyyətli tədbirin keçirilməsini əsas gətirərək 1-ci divizionun 29-cu turunun matçının vaxtının dəyişdirilməsini xahiş edib.

PFL bunu nəzərə alaraq, Azərbaycan 1-ci divizionunun 29-cu turunun “Kəpəz” – “Qaradağ Lökbatan” matçını 23 may tarixindən 22 may tarixinə keçirib.

Xəbər 921 dəfə oxundu.