"Bakı"ya texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 34-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qarabağ” – “Sumqayıt” matçının 57-ci dəqiqəsində “Qarabağ”ın məşqçisi Aftandil Hacıyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 500 manat cərimə olunub.

“Xəzər Lənkəran” - AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

“Simurq” – “Bakı” matçında “Bakı” iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib və 2500 manat cərimə olunub.

Xəbər 857 dəfə oxundu.