Pereyra Rəhimovanı üstələdi
Avropa Çempionlar Liqasının qrup mərhələsinin VI turunda “Azərreyl” (Azərbaycan) – “Tomis” (Rumıniya) görüşünün ən yaxşı voleybolçusunun adı açıqlanıb. İdman.com.az saytının məlumatına görə, Bakı klubunun üzvləri - Polina Rəhimova və Paulino De Souza Pereyra hərəyə 16 xal toplasa da, braziliyalı legionerimiz matçın qəhrəmanı seçilib.

“Azərreyl”in 3:0 hesabı ilə qalib gəldiyi oyunda digər voleybolçularımıza gəlincə, Oksana Kovalçuk 11, Hizer Erin Brun 8, Jennifer Tamas 6, Odina Əliyeva 3, Nutsara Tomkom və Oksana Parxomenko hərəyə 2 xal qazanıblar.

“Tomis”in heyətində isə Katsiarina Zakreuskaya və Yovana Vesoviç bombardir olublar. Onlar hərəyə 12 dəqiq zərbə vurublar.
Qeyd edək ki, bundan öncəki turlarda Rəhimova ən yaxşı seçilib.

Xəbər 1077 dəfə oxundu.