3-cü Zirvə Oyunlarına cüdo yarışları ilə yekun vuruldu – NƏTİCƏLƏR
9-17 may tarixləri arasında AAAF Park Yaşayış Kompleksində Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının ildönümünün təntənəli qeyd edilməsi məqsədilə yeniyetmələr arasında 3-cü “Zirvə Oyunları” keçirildi. “Zirvə” Beynəlxalq İdman Klubunun nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılarımızın qatıldığı bu yarış ənənəvi xarakter daşıyırdı. Bir neçə ildir mütəmadi keçirilən Oyunlr həmçinin Azərbaycan birinciliklərində cıxış etmək ücün heyətlərin komplektləşdırılməsı, bu idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlagələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, təkmilləşdirilməsi və yarış vərdişlərinin mükəmməlləşdirilməsi məqsədi güdürdü.
Yarışlar həmişə olduğu kimi dörd idman növü üzrə ağır atletika, bədii gimnastika, cüdo və futbol – kecirildi. Ən son olaraq gənc cüdoçular güclərini sınadılar. Mayın 17-də ZİSC-nin əsas yarış zalında keçirilən turnirdə yüzə yaxın idmançı tatami üzərinə çıxdı.
Yarışlar 2000-2002-ci il təvəllüdlü oğlanlar arasında 34, 38, 42, 46, 50, 55, 60, 66 və +66 cəki dərəçələrində mübarizə apardılar. Hər yaş qrupunda və cəkidə I-II-III yerləri tutan idmançılar və komandalar “Zirvə İnternational Sport Clubs” MMC-nin kubok, medal və diplomları ilə mükafatlandırıldılar.

34 kq
1. Baxışlı Murad
2. Abbasov Xəzər
3. Vəliyev Kərim
3. Əsədullayev Kamal

38 kq
1. Mehdiyev Məhərrəm
2. Rüstəmov Cavid
3. Muradov Naib
3. Əlizadə Hidayət

42 kq
1. Yaqublu Azər
2. Vəliməmmədzadə Əlidadaş
3. Orucov Rəşid
3. Etibar Xankişiyev

46 kq
1. Qurbanov İzzət
2. Qardaşxanov Kənan
3. Rəsulov Aslan
3. İsayev Sədi

50 kq
1. Ərşadlı Ərşad
2. Baxışov Ramiz
3. Əhmədov Elvin
3. Paşazadə Elgün

55 kq
1. Bədəlov Babək
2. Qasımzadə Vəfadar
3. Hüseynov Mehman
3. Abbaszadə Elcan

60 kq
1. Soltanov Ramiz
2. Nəzərzadə Rəşad
3. Həsənli Tural

66 kq
1. Rüstəmov Sənan
2. Əhmədzadə Tofiq
3. Seyfiyev Tural

+66 kq
1. Sadıqov Elsevər
2. Coon Çoi
3. Həsənov Umud
3. Əliyev Nihad

Xəbər 958 dəfə oxundu.