Azərbaycan taekvondoçusu dünya çempionatında qızıl medal qazanıb
Rusiyanın Çelyabinsk şəhərində keçirilən böyüklər arasında taekvondo üzrə dünya çempionatında iştirak edən yığma komandamızın üzvü Radik İsayev (87 kq) bütün rəqiblərinə qalib gələrək dünya birincisi olub.

Kişilərdən ibarət komandamız yarışa baş məşqçi Reza Mehmandoustun, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərovun və Niyaməddin Paşayevin rəhbərliyi ilə qatılıb.

Radik İsayev 2014-cü ildə Avropa çempionu olmuşdu.


Xəbər 803 dəfə oxundu.