“Coca-Cola U-13 Liqa”: Final oyunu canlı yayımlanacaq
Bu gün Bayıl stadionunda keçiriləcək final oyunu ilə “Coca-Cola U-13 Liqa”nın 2014/2015-ci il mövsümünə yekun vurulacaq.Liqanın qalibini müəyyənləşdirəcək oyunda “Neftçi” və “Xəzər Lənkəran” komandaları qarşılaşacaq.

Saat 15:30-da başlayacaq qarşılaşma İdman Azərbaycan televiziya kanalı və affa.az saytı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 1160 dəfə oxundu.