Premyer Liqanın bombardiri "Simurq"dan FİFA-ya şikayət edəcək
Deyəsən "Simurq"un legionerlərinin içində ən səbrlisi olan Draqan Ceran da cana yığılıb. Daha öncəki açıqlamalarında mövsümün sonuna kimi klubda qalacağını və ilk növbədə "Simurq"dakı vəziyyətin düzələcəyinə ümid etdiyini desə də artıq başqa qərar gəlib.

Belə ki, rəhbərlikdən transfer vərəqəini istəyən serbiyalı hücumçu qarşı tərəfdən süründürməçilik görüncə acığa düşüb. Bizə çatan məlumata görə, "Bakı" ilə bugünkü oyundan sonra o, son dəfə rəhbərliklə danışacaq. Yenə müsbət cavab almasa əşyalarını da toplayıb Zaqatalanı tərk edəcək. Ardınca isə FİFA-ya şikayət məktubu yazaraq həm 4 aylıq maaşını, həm də transfer vərəqini tələb edəcək.

Xəbər 678 dəfə oxundu.