“World Masters” beynəlxalq turnirində Azərbaycanı altı cüdoçu təmsil edəcək
Mayın 23-24-də Mərakeşdə cüdo üzrə “World Masters” beynəlxalq turniri keçiriləcək.

Yarışa hər çəki dərəcəsi üzrə beynəlxalq reytinq cədvəlində ilk on altı pillədə qərarlaşan cüdoçular qatılacaq.

Yarışda Azərbaycanı Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) təmsil edəcəklər.

Xəbər 779 dəfə oxundu.