Azərbaycan cüdoçusu Macarıstanda qızıl medal qazandı
Yeniyetmələr arasında cüdo üzrə Macarıstan açıq birinciliyinə yekun vurulub. 20-yə yaxın ölkənin mübarizə apardığı yarışlarda Azərbaycan idmançıları da iştirak ediblər. 60 kq çəki dərəcəsində mübarizə aparan Rza Şıxalizadə bütün rəqiblərinə qalib gələrək, birinciliyin qalibi olub.

Finala gedən yolda təmsilçimiz Macarıstan, Slovakiya və Rumıniyadan olan rəqiblərini məğlub edib. Həlledici qarşılaşmada daha bir yerli idmançı ilə görüşən Şıxalizadə ona da qalib gəlməyi bacarıb. Nəticədə Rza yarışları qızıl medalla başa vurub.

Xəbər 933 dəfə oxundu.