Ruslan Abışov "Neftçi"yə keçə bilər
"Qəbələ"də kapitan sarğısını daşıyan Ruslan Abışov klubdan ayrıla bilər. Artıq onun hansı kluba keçəcəyi ilə bağlı da məlumat var. Belə ki, təcrübəli futbolçu “Neftçi”yə transfer oluna bilər. Tərəflər arasında görüş olub və ilkin razılıq əldə olunub.

Qeyd edək ki, onun transferində “Neftçi”nin baş məşqçisi Arif Əsədov israrlıdır. Ruslan bir vaxtlar şərəfini qoruduğu “Neftçi”yə qayıdırsa, kapitan sarğısı yenə ona həvalə olunacaq.

Xəbər 715 dəfə oxundu.