“Bakı-2015”in idman elçisi ilk Avropa Oyunlarında qələbə qazanacağına inanır
Cüdoda hər zaman qələbə qazansan belə, ən son məqamda rəqib tərəfindən məğlub edilmə riski var.

Bu sözləri “Bakı-2015” ilk Avropa Oyunlarının idman elçisi Elmar Qasımov deyib.

Cüdoçumuz böyüklərin Avropa çempionatının gümüş medalçısıdır. Onun fikrincə, cüdoda əsas çətinlik oyunun sonuna kimi uduzma riskinın davam etməsidir. Hətta bu yarışda zəif idmançının güclü üzərində qələbə qazanma şansı da olur.

Elmar Qasımov qarşıdan gələn ilk Avropa Oyunları ilə əlaqədar həyəcanlı olmadığını bildirərək qələbə qazanacağına inandığını diqqətə çatdırıb.


Xəbər 887 dəfə oxundu.