Leyla Budaqova Dünya Çempionu adını qazandı
Tailandda keçirilən məktəblilər arasında şahmat üzrə Dünya Çempionatı başa çatıb.Çempionatda Azərbaycan da daxil olmaqla 34 ölkədən 458 zəka sahibi iştirak edirdi. Ölkəmizi Leyla Budaqova, Nərmin Nəsibova , Naibə Orucova , Zeynəb İsmaylzadə ,Süsən Məmmədova,Xəyalə Nağıyeva ,Tuncay Nuri, Ümid Aslanov, Süleyman Süleymanlı,Mirmusa Feyziyev ,Murad İbrahimli ,Şəhriyar İsgəndərov və Zaur Bayramlı təmsil edirdilər. Yarışlar ayrılıqda oğlanlar və qızlar arasında altı yaş qrupunda (7,9,11,13,15 və 17) keçirilmişdir.

Təmsilçilərimizdən ən yaxşınəticəni 7 yaşlı qızlar arasında mübarizə aparan Leyla Budaqova göstərib. Leyla Budaqova 9 oyundan 7.5 xal toplayaraq dünya çempionu adını qazanıb . Murad İbrahimli isə 13 yaşlı oğlanların mübarizəsində aktivinə 6.5 xal yazaraq 3-7-ci yerləri bölüşdürsədə,əlavə göstəricilərə görə 6-cı olub. Ümid Aslanov və Süleymanlı Süleyman hərəyə 6.5 xal toplayaraq 9 yaşlı oğlanlar arasında 6-7-ci yerləri bölüşdürüblər. Eyni yaşlı qızların mübarizəsində iştirak edən Nərmin Nəsibova isə aktivinə 4 xal yazaraq çempionatı 26 –cı pillədə başa vurub. Susan Məmmədova 15 yaşadək qızların yarışında 5 xal toplayaraq ilk onluqda qərarlaşıb. Nağıyeva Xəyalə 17 yaşlı qızlar arasında 10-cu olub.Tuncay Nuri 5 xalla 13-22-ci yerləri bölüşdürərək, əlavə göstəricilərə görə 22- ci olub. Zaur Bayramov aktivinə 4.5 xal yazaraq 17 yaşadək oğlanlar arasında 11-ci yerə çıxıb.

Çempionat İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilib.

Xəbər 1099 dəfə oxundu.