Taypey şəhərində boks üzrə yeniyetmə və gənc qızlar arasında dünya birinciliyi keçiriləcək
Çin Xalq Respublikasının Taypey şəhərində mayın 14-dən 25-ə kimi boks üzrə yeniyetmə və gənc qızlar arasında dünya birinciliyi keçiriləcək. Yarışda 45 ölkənin 441 idmançısı mübarizə aparacaq. Azərbaycan milli komandası məşqçi İlham Alimcanovun rəhbərliyi altında yarışda 3 boksçu ilə təmsil olunacaq.

Viktoriya İsmayılova (51 kq), Aliyə Vəlizadə (54 kq) və Alina Hacıyeva (+81 kq) komandamıza medal qazandırmağa çalışacaqlar. Qeyd edək ki, milli komandamızın hər 3 üzvü gənclərin yarışında gücünü sınayacaq. Gənclərin yarışında 247, yeniyetmələrdə isə 194 boksçu çıxış edəcək.

İqtisadi cəhətdən zəif inkişaf edən ölkələrdən Əfqanıstan, Botsvana, Burundi, Qvatemala, Haiti, Kosovo, Nepal və Şri-Lanka boksçuları da dünya birinciliyinə qatılmaq imkanı əldə ediblər.

Xəbər 1039 dəfə oxundu.