Portuqaliya ilk Avropa Oyunlarında 100 idmançı ilə təmsil olunacaq
Portuqaliya Olimpiya Komitəsi “Bakı-2015” ilk Avropa Oyunlarında ölkəni 100 idmançının təmsil edəcəyini açıqlayıb.

Portuqaliya millisinin heyətində yer alan idmançılardan 15-i Olimpiada iştirakçılarıdır ki, onlardan da ikisi – Silva və Pimenta “London-2012”-nin kanoe sprinti yarışlarında gümüş medal qazanıb.

Portuqaliyalı idmançılar “Bakı-2015”-də kamandan oxatma, badminton, çimərlik futbolu, kanoe, velosiped idmanı, gimnastika, cüdo, karate, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, suya tullanma, triatlon və güləş yarışlarında mükafatlar uğrunda yarışacaqlar.

Xəbər 684 dəfə oxundu.