Çempionlar Liqası: “Barselona”nın finaldakı rəqibi “Yuventus” oldu
İspaniyanın Madrid şəhərində “Real” və “Yuventus” klubları arasında Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşması keçirilib.

Oyunda ikinci yarımfinalçının adı məlum olub.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Bu nəticə “Yuventus”u finala yüksəldib. Çempionlar Liqasının son qalibi “Real” isə mübarizəni dayandırıb.

Beləliklə, “Yuventus”u finalda “Barselona” gözləyir.

Xəbər 805 dəfə oxundu.