Böyükağa Hacıyev: Komandadan razı qaldım
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Drezden “Dinamo”su ilə keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb. İdman.com.az saytının xəbərinə görə, “ağ-qaralar”ın çalışdırıcısı II Bundesliqa təmsilçisinə məğlubiyyətə (0:1) belə şərh verib:

“Rəqib Almaniyanın ən köklü klublarından biridir. Oyun bərabər səviyyədə keçdi. Görüş heç-heçə başa çatsa idi, daha ədalətli olardı. Ümumilikdə, komandadan razı qaldım. Bəzi oyunçular öz üzərlərində işləməlidirlər. İkinci hissədə heyəti demək olar ki, bütünlüklə dəyişdim. Bu gün meydana çıxan Emin Mehdiyev, Kənan Manaflı, Elnur Soltanlının oyunu ümidvericidir. İnanıram ki, yaxın gələcəkdə onlar "Neftçi"nin əsas heyətində möhkəmlənəcəklər”.

Xəbər 929 dəfə oxundu.