Voleybol millimiz Sloveniyanı məğlub edib
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyunu keçirib. Qitə birinciliyinin seçmə mərhələsinin pley-offu və Avropa Oyunlarına hazırlıq çərçivəsində baş tutan görüşdə komandamız Sloveniya millisini qəbul edib.

Voleybol mərkəzində keçirilən oyun voleybolçularımızın üstünlüyü ilə yekunlaşıb. 3 hissə davam etmiş qarşılaşmada millimiz rəqibi quru hesabla məğlub edib-3:0. Qeyd edək ki, yığmamızın sloveniyalılarla daha iki görüşü nəzərdə tutulur.


Xəbər 736 dəfə oxundu.