Ukraynalı çimərlik futbolçuları ilk Avropa Oyunlarına Macarıstanda hazırlaşırlar
Çimərlik futbolu üzrə Ukrayna millisi “Bakı-2015” ilk Avropa Oyunlarının hazırlığını Macarıstanda davam etdirir.

Baş məşqçi Yevgeni Vareniçin rəhbərliyi altında hazırlıq prosesinə 16 futbolçu cəlb olunub.

Təlim-məşq toplanışı çərçivəsində Ukrayna millisi Macarıstan yığması ilə üç yoldaşlıq oyunu keçirib. Hər üç oyun ukraynalı çimərlik futbolçularının qələbəsi ilə başa çatıb.

“Bakı-2015” ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışlarda qitənin 8 ölkəsinin millisi mübarizə aparacaq. Belə ki, “A” qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, “B” qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan qarşılaşacaq.

Xəbər 722 dəfə oxundu.