"Qarabağ" "Sumqayıt"la oyunun hazırlığına başladı
Premyer Liqanın 34-cü turunda "Sumqayıt"ı qəbul edəcək "Qarabağ" bu oyunun hazırlığına start verib. Ağdam təmsilçisi oyun öncəsi məşqlərinə bazasındakı köməkçi stadionda başlayıb. Bu gün komandanın bir məşqi baş tutub.

Məşqlərdə komanda tam heyətlə çalışarkən sadəcə, zədəli olan Namiq Ələsgərov kollektivdən ayrıdır. Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" oyunu mayın 16-da "Bakcell Arena"da baş tutacaq.

Xəbər 750 dəfə oxundu.