Neftçinin üç futbolçusu transferə çıxarılıb
Topaz Premyer liqasının 33-cü turu çərçivəsində keçirilən “İnter”-“Neftçi” (4:0) oyunundan sonra Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə klubun bazasında toplantı keçirilib.

Toplantıda ümumi müzakirələrdən sonra son turlarda komandanın nümayiş etdirdiyi oyunlar nəzərə alınaraq, futbolçular – Rauf Əliyev, Mirhüseyin Seyidov və Elvin Yunuszadənin əvəzedici komandaya göndərilməklə transferə çıxarılmasına qərar verilib.

Komandanın əcnəbi futbolçularının müqaviləsinin uzadılıb uzadılmayacağına isə son oyunların nəticələrinə əsasən qərar veriləcək.

Toplantıdan sonra komanda ilə görüş keçirilib və qərarlar futbolçulara elan olunub.

Xəbər 750 dəfə oxundu.