Mini fubol üzrə rayon turniri keçirilib
5-7 may tarixlərində Astara şəhər Olimpiya idman kompleksində ümumilli lider H. Əliyevin anadan olmasının 92-ci illiyinə həsr olunmuş məktəblilər arasında mini fubol üzrə rayon turniri keçirilib.

Turnirdə 10 ümumtəhsil məktəb komandası iştirak edib. Komandaların tərkibi 12 idmançı, 1 məşqçi və 1 nümayəndədən ibarət olub.

Yarışın yekun nəticələrinə görə bütün komandalardan fərqlənərək birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq şəhər 5 saylı, 2 saylı və 7 saylı orta məktəbin komandaları layiq görülüb.

Sonda qaliblər Astara Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 964 dəfə oxundu.