Beyləqanda turnir keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar olaraq AFFA-nın dəstəyi, Beyləqan rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə xatirə turniri keçirilib.

Final qarşılaşmasından əvvəl keçirilən tədbirdə AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışaraq AFFA-nın rəhbərliyi adından turnirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib, finalçılara uğurlar arzulayıb.
2002-2003-cü il təvəllüdlü futbolçulardan ibarət 8 komandanın iştirakı ilə keçirilən turnirin qalibi İmişlinin “MKT Araz” komandası olub.

Turnir başa çatdıqdan sonra qaliblərə AFFA əməkdaşları, eləcə də futbol veteranları tərəfindən kubok, medal, diplom və hədiyyələr təqdim edilib.

Xəbər 817 dəfə oxundu.