Tovuzda futbol və voleybol yarışlarının qalibləri mükafatlandırılıblar
Tovuz Olimpiya İdman Kompleksində rayon məktəblərinin komandaları arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş futbol və voleybol üzrə rayon birinciliyinin final mərhələsi keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən futbol üzrə final oyununda Tovuzun E.Məmmədov adına şəhər tam orta məktəbinin komandası 1-ci, A.S.Puşkin adına şəhər tam orta məktəbinin komandası 2-ci, F.Qasımov adına Xatınlı kənd tam orta məktəbinin komandası isə 3-cü yerə çıxıb.

Voleybol oyunlarının final mərhələsində I yeri Əlimərdanlı, II yeri Yuxarı Öysüzlu kənd tam orta məktəblərinin komandaları tutublar. Üçüncü yerə isə N.Tusi adına şəhər tam orta məktəbin komandası layiq görülüb.

Qalib komandalara rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

Xəbər 751 dəfə oxundu.