"Xəzər-Lənkəran"ın futbolçusu Türkiyədə əməliyyat olundu
"Xəzər Lənkəran"ınaparıcı futbolçusu Sadio Tounkaranın Topaz Premyer Liqüasının XXXII turunda ayağından ciddi zədə almasından xəbərdarsınız. Tounkara artıq Türkiyədə Ankara şəhərindəki klinikalarından birində uğurla əməliyyat olunub.

Futbolçu əməliyyatdan sonrakı 2 günü də Ankarada qalacaq. Bundan sonra yəqin ki, ölkəsinə yollanacaq futbolçu vətəni Malidə bərpa prosesi keçəcək.

Xəbər 722 dəfə oxundu.