Kiçik yaşlı yeniyetmələr Mahaçqalada 2 bürünc medal qazandı
5-6 may 2015-ci il tarixdə Dağıstanın Mahaçqala şəhərində Fazişm üzərində qələbənin 70 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Kiçik yaşlı yeniyetmə sərbəst güləşçilərdən ibarət yığma komandamızın üzvləri turnirdə iştirak edib.

400-dən artıq iştirakçının qatıldığı yarışda güləşçilərimiz 2 bürünc medal qazanıb. Yığma komandanın heyətində Səxavət Qarayev (32 kq) və Məmməd Əhmədov (46 kq) fərqlənib.

Yığma komandanın üzvləri məşqçilər Namiq Quliyev və Mehman Nəcəfovun rəhbərliyi altında turnirdə mübarizə aparıb. Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakim Bəşir İsazadə təmsil edib.

Xəbər 770 dəfə oxundu.