Futbol yarışlarının qalibləri mükafatlandırılıblar
Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş futbol yarışları başa çatıb.

Qaliblərin mükafatlandırılması mərasimində bu ali məktəbin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Sani Hacıyev universitetdə Ulu Öndərin xatirəsinə həsr olunan tədbirlərin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, BDU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş müxtəlif idman yarışları üzrə turnirlər və futbol yarışları keçirilib.

Futbol yarışlarında universitetin 17 fakültəsi təmsil olunub. Yarışlarda birinci yeri mexanika-riyaziyyat, ikinci yeri tarix fakültələrinin komandaları tutublar. Üçüncü yeri isə sosial elmlər və psixologiya, hüquq fakültələrinin komandaları bölüşüblər.

Sonra qaliblər mükafatlandırılıblar.

Xəbər 709 dəfə oxundu.