Qazaxlılar Gül bayramına və ilk Avropa Oyunları məşəlinin qarşılanma mərasiminə hazırlaşırlar
Qazaxda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Gül bayramına və “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin qarşılanma mərasiminə ciddi hazırlıq işləri görülür.

Bu münasibətlə ulu öndər Heydər Əliyevin adını daşıyan parkda və prospektdə, digər küçə və meydanlarda yeni gül kollarının əkilməsi, gül və çiçəklərdən ibarət kompozisiyaların yaradılması işləri aparılır. Bir neçə gün ərzində 30 minə yaxın yeni gül kolu əkilib.

Bundan başqa, rayon mərkəzində məşəlin keçəcəyi küçələrdə yenidənqurma, təmir və abadlıq işlərinə başlanılıb. Şəhərin Heydər Əliyev prospektində, Azadlıq, Vaqif, Bakı, N.Nərimanov, Ə.Şıxlinski və digər küçələrində evlərin dam örtüklərinin yenilənməsi, hasar və divarların rənglənməsi, küçələrdəki yaşıllıq zolaqlarına yeni bəzək və gül kollarının əkilməsi işləri sürətlə aparılır.

Birinci Avropa Oyunlarının məşəli Qazağa mayın 18-də gətiriləcək.


Xəbər 751 dəfə oxundu.