Ture İnterə keçməyə razılıq verdi
Mançester Sitinin yarımmüdafiəçisi Yaya Ture İnterə keçməyə yaxındır.
İvuarlı futbolçu İtaliya klubuna keçməyə razılıq verib. Bu barədə Mediaset xəbər yayıb.
Müqaviləyə əsasən 31 yaşlı yarımmüdafiəçi ildə 5 milyon qazanmalıdır. Lakin müəyyən şərtlər əsasında qazanc 8 milyon avroya çata bilər.

Məlumata görə İnter Mançester Sitiyə Ture üçün 8 milyon avro təklif etmək niyyətindədir.
Xatırladaq ki, Ture İnterin baş məşqçisi Roberto Mançini ilə yaxından tanışdır.

Xəbər 810 dəfə oxundu.