Bavariya-Barselona. Riberi oynaya bilməyəcək
Bavariyanın yarımmüdafiəçisi Frank Riberi Barselona ilə cavab qarşılaşmasında zədə səbəbilə iştirak edə bilməyəcəyini açıqlayıb.

«Çox kədərliyəm. Yüksək nəticələr qazanmaq istəyirdim. Əzmlə çalışırdım , amma pəncəm sağalmaq bilmir.
Artıq bundan bezmişəm!» – deyə Riberi qeyd edib.

Qeyd edək ki, 32 yaşlı fransız sonuncu dəfə martın 11-də oynayıb.

Xəbər 781 dəfə oxundu.