AZAL-ın bomdardiri komandanı tərk edir
AZAL-ın ən aparıcı futbolçularından olan Freddi Mombonqo mövsüm başa çatandan sonra AZAL-dan ayrılacaq. Həm müqaviləsi başa çatır, həm də daha güclü klublardan təklif alıb. Mətbuata açıqlamasında "təyyarəçilər"in ona yeni müqavilə təklif etmədiyini desə də bu, həqiqətə uyğun deyil.

AZAL şifahi də olsa ona yeni müqavilə təklif edib.Yəni çatdırılıb ki, maaşını bir qədər də artırırıq qal, AZAL-da oyna. Lakin konqolu hücumçu bu təklifi rədd edib və bildirib ki, daha iddialı klublarda oynayıb avrokuboklara vəsiqə qazanmaq istəyir. AZAL-ıda isə bu potensial yoxdur. Futbolçunun hansı kluba keçəcəyi isə mövsümün sonunda bilinəcək.

Xəbər 674 dəfə oxundu.