Azərbaycan alpinistləri qalxma mövsümünü açır
Bu gün Azərbaycan alpinistləri səhər sübhdən Dağıstana yola düşüblər. Qonşu respublikada idmançılar Dağıstan alpinizm federasiyasının təşkil etdiyi bayram alpiniadasında iştirak edəcəklər. Alpinistlərimizin planında Dağıstanın Şalbuzlaq (4142 m) zirvəsinə məşq qalxmasını həyata keçirməkdir. Bundan savayı, azərbaycanlı və rusiyalı alpinistlər iki ölkənin sərhədində yerləşən Bazardüzü (4466 m) zirvəsinə birgə qalxmağı planlaşdırırlar. Qalxma iki möhtəşəm tarixlə bağlıdır – faşizm üzrə Böyük qələbənin 70-illiyi və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ad günü münasibəti ilə.

Qrupun tərkibində 11 nəfər adam var – həm təcrübəli alpinistlər, həmçinin də bu idmanda ilk qədəmlərini atan adamlar. Bunların içində Azərbaycan alpinizm federasiyasının üzv klubları: “Nikoyl-bank”, “İrbis”, “Dağ İdman klubu” və Dolphin Baku dayvinq mərkəzidir.

Azərbaycan alpinizm federasiyasının matbuat xidməti ilə söhbətində alpinist Firuz Dadaşov bildirib ki, qrup səfəri səbirsizliklə gözləyir. İdmançı etiraf edib ki, Bazardüzü zirvəsinə Dağıstan tərəfindən hələ bir dəfə də olsun qalxmayıb. O, havanın xoş olacağına və komanda yoldaşlarının bütün planlarının yerinə yetirilməsinə ümid etdiyini bildirdi.

“Yerində bizi Dağıstan Respublikasının alpinizm federasiyasından olan həmkarlarımız qarşılayacaq. Biz onlarla marşrutları və Şalbuzlağla Bazardüzüyə qalxmanın xüsusiyyətləri bir daha razılaşdıracayıq”, - deyə bildirdi.

Alpinizmdə təzə idmançılar üçün dağda bir sıra nəzəri və praktiki dərslər keçib, sonra isə onlar çətinliyi 1B dərəcəli marşrutla zirvəyə qalxacaqlar.

Azərbaycanlı alpinistlərin səfəri cəmi 5-6 gün davam edəcək.

“Əhvalımız yüksək və gümrahdır. Hamı zirvəyə qalxmaq istəyir. Hava imkan versə, biz alpiniadanın əsas məqsədi olan Bazardüzüyə birgə qalxmanı həyata keçirərik. Özümüzlə qələbəyə ümid və Azərbaycan bayrağını aparırıq ”, - deyə Firuz Dadaşov bildirib.

AAF-nın mətbuat xidməti

Xəbər 2399 dəfə oxundu.