Ümumdünya Boks Seriyasının (WSB) ¼ final mərhələsinin görüşləri keçiriləcək
Mayın 6-ı və 7-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) ¼ final mərhələsinin görüşləri keçiriləcək. Azərbaycanı bu yarışda təmsil edən “Baku Fires” A qrupunda 3-cü yeri tutan “Mexico Guerreros” klubu ilə qarşılaşacaq. İlk yarış günündə çəkisi 49, 56, 64, 75, 91 kq olan boksçular rinqə çıxacaq. Ertəsi gün isə çəkisi 52, 60, 69, 81 və +91 kq olan idmançılar mübarizə aparacaq. Hər iki komanda ikinci yarış günündə çıxış edəcək boksçuların adlarını açıqlayıb. Qeyd edək ki, iki görüşdən sonra hesab bərabər olarsa, 49 kq çəki dərəcəsində əlavə qarşılaşma olacaq.

“Baku Fires” – “Mexico Guerreros”

52 kq. Murad Rabadanov - Huitzil Ahuatl Orlando

60 kq. Nəsrəddin Məmmədov – Delqado Garza Lindolfo

69 kq. Orxan Xasməmmədov – Reyes Anguiano Hektor Andres

81 kq. Mixail Dauqalivets – Mina Kaisedo Karlos Andres

+91 kq. Hacı Murtuzəliyev – Ramirez Vargas Edgar Alberto

Əlavə döyüş

49 kq. Cavid Dadaşov – Burgos Ferrer Jose Alexandro

İkinci yarış günündə komandamızın heyətində bir boksçu debüt edəcək. 69 kq çəki dərəcəsində mübarizə aparan Orxan Xasməmmədov WSB liqasında ilk döyüşünü keçirəcək. Onun rəqibi də “Mexico Guerreros” klubunun bu çəkidə əsas boksçusu sayılmır.

Qonaq komandanın 52 kq çəki dərəcəsindəki nümayəndəsi Huitzil Ahuatl Orlando fərdi reytinqdə 4-cü yeri tutub. Meksika boksçusu bu mövsüm 4 qələbə qazanıb, 2 dəfə məğlub olub.

Nəsrəddin Məmmədovun rəqibi olacaq Delqado da cari çempionatda inamlı təsir bağışlayıb. 4 görüşdə qalib gəlib, 1 qarşılaşmada uduzan boksçu fərdi reytinqdə 5-ci yeri tutub. Məmmədov isə bir dəfə rinqə çıxıb və qələbə qazanıb.

Meksika klubunun heyətində 81 kq çəki dərəcəsində ekvadorlu Mina Kaisedo Karlos Andres çıxış edəcək. O, da rəqib komandanın heyətində ən güclü boksçulardan sayılır. Mina bu mövsüm rinqə çıxdığı 3 görüşün hamısında qalib gəlib.

Qeyd edək ki, bu cütdə qələbə qazanan komanda yarımfinalda liqanın son qalibi “Cuba Domaderos”la görüşəcək və hər iki qarşılaşma rəqib meydanında olacaq.

Digər ¼ finalda isə Rusiya boksçuları “İtalia Thunder”lə üz-üzə gələcək. Bu cütün qalibi isə “Astana Arlans”la üz-üzə gələcək.

Xəbər 1039 dəfə oxundu.