Çingiz Abdullayev: Final matçına mükafat elan etmişəm
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev bəyan edib ki, klub tədricən futbolçulara olan borcları geri qaytarır:

"Mən Azərbaycan Kubokunun finalında "Qarabağ"a qarşı keçirəcəyimiz oyun üçün mükafat elan etmişəm. Məbləği deməyəcəyəm. Bizim maliyyə vəziyyətimiz yaxşı olacaq. Borclar da ödənilir. Artıq mart ayının pulu oyunçulara verilib".

Xəbər 791 dəfə oxundu.