"Simurq"u tərk edən mövbəti futbolçu
Maliyyə problemləri ilə üzləşən "Simurq" klubu daha bir futbolçu ilə yollarını ayırmalı olub. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahveriyevin verdiyi məlumata görə, komandanın aparıcı üzvlərindən olan Marko Stanoyeviç artıq komandanı tərk edib. Serbiyalı yarımmüdafiəçi artıq vətənindədir.

Qeyd edək ki, buna qədər Benjamin Lambot, Əli Gökdəmir, Patrik Osiako, Stepan Polyak və Cihan Özkara da “Simurq”la yollarını ayırıb.

Xəbər 749 dəfə oxundu.