Marina Durunda Avropa çempionatında üçüncü yeri tutub
Minskdə bədii gimnastika üzrə 31-ci Avropa çempionatı başa çatıb.

Azərbaycanı qitə birinciliyində fərdi proqramda çıxış edən Marina Durunda və Ayşən Bayramova, həmçinin yeniyetmələrdən ibarət qrup hərəkətləri komandası (Züleyxa İsmayılova, Simarə Cəfərova, Fatimə Cəfərova, İlahə Məmmədova və Dərya Sorokina) təmsil edib.

Çempionatın əsas günündə M.Durunda lent və gürzlərlə yarışların finalında çıxış edib. Lentlə çıxış gimnastımıza üçüncü yeri qazandırıb. O, gürzlərlə çıxışda isə beşinci yerdə qərarlaşdı.

Belə mötəbər yarışda ilk dəfə çıxış edən digər gimnastımız A.Bayramova isə çoxnövçülükdə 16-cı yeri tutub.

Yeniyetmələrdən ibarət qrup komandamız da uğurlu çıxışla yadda qalıb. Komandamızın əfsanəvi müğənni Maykl Ceksonun “Smooth Criminal” kompozisiyası ilə beş topla uğurla çıxış edən komandamız turniri dördüncü pillədə başa vurub.

Xəbər 1084 dəfə oxundu.